...

Şəmkirdə faciə - qaynana dəm qazından öldü, gəlin zəhərləndi

Hadisə Materials 24 Oktyabr 2016 12:04 (UTC +04:00)
Şəmkir rayonunda iki nəfər dəm qazından zəhərlənib.
Şəmkirdə faciə - qaynana dəm qazından öldü, gəlin zəhərləndi

Bakı. Trend:

Şəmkir rayonunda iki nəfər dəm qazından zəhərlənib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 24-də Şəmkir rayonunun Kür qəsəbəsində yaşayan Gülnarə Bayramova və gəlini Rəvanə yaşadıqları evdə dəm qazından zəhərləniblər.

G.Bayramova hadisə yerində ölüb, Rəvanə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti