...

Oğurluq və soyğunçuluqla bağlı axtarışda olan şəxs yaxalandı

Hadisə Materials 24 Oktyabr 2016 12:31 (UTC +04:00)
Azərbaycanda oğurluq və soyğunçuluqda təqsirləndirilərək axtarışa verilən şəxs yaxalanıb.
Oğurluq və soyğunçuluqla bağlı axtarışda olan şəxs yaxalandı

Bakı. Trend:

Azərbaycanda oğurluq və soyğunçuluqda təqsirləndirilərək axtarışa verilən şəxs yaxalanıb.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Abşeron RPİ və Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olan Ayhan Səfərov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun Ağcabədi rayon sakini Elgün Hüseynovla birgə oktyabrın 15-də Elşən Hüseynova məxsus “VAZ-2104” markalı avtomobili qaçırması müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə E.Hüseynov tutulub. Aparılmış əməliyyat tədbirləri ilə onun oktyabrın 19-da Novxanı qəsəbə sakini Vüsal Abbasova məxsus evdən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti