...

Sumqayıt sakini özünü 14-cü mərtəbədən atıb

Hadisə Materials 25 Oktyabr 2016 09:42 (UTC +04:00)
Sumqayıtda intihar hadisəsi baş verib.
Sumqayıt sakini özünü 14-cü mərtəbədən atıb

Bakı. Samir Əli - Trend:

Sumqayıtda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 24-də axşam saatlarında şəhərin 45-ci məhəlləsində baş verib. Sumqayıt şəhərində yaşayan Əliyev Nurəddin Çingiz oğlu özünü 14 mərtəbəli yaşayış binasının damından ataraq intihar edib. N.Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti