...

Gürcüstana 3 milyondan çox rubl keçirmək istəyərkən sərhəddə saxlanıldı

Hadisə Materials 25 Oktyabr 2016 10:40 (UTC +04:00)
Gürcüstana 3 milyondan artıq rubl keçirmək istəyən azərbaycanlı sərhəddə saxlanılıb.
Gürcüstana 3 milyondan çox rubl keçirmək istəyərkən sərhəddə saxlanıldı

Bakı. Trend:

Gürcüstana 3 milyondan artıq rubl keçirmək istəyən azərbaycanlı sərhəddə saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də “Şıxlı” sərhəd nəzarət məntəqəsində Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Ağstafa rayonunun Zəlimxan kənd sakini Mamazadə Kamal Paşa oğlunun idarə etdiyi “Mercedes” markalı, "90-CH-370" nömrəli avtomaşına sərhəd baxışı zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən ümumilikdə 3 219 600 rus rublu DSX əməkdaşları tərəfindən aşkarlanaraq saxlanılıb.

Faktla bağlı əməliyyat-İstintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti