...

İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi bitmir

Hadisə Materials 25 Oktyabr 2016 13:50 (UTC +04:00)
İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
İlhamə Quliyevanın sabiq köməkçisinin məhkəməsi bitmir

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mərhum xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə şahid Xatirə Ramazanova ifadə verib.

Şahid bildirib ki, M.Hüseynovanın İlhamənin həyatına qəsd etmək niyyəti, əmlakını ələ keçirməyə cəhd etməsi barədə heç nə eşitməyib.

Proses noyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevralın 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti