...

Bakıda 77 yaşlı qadın evində köməksiz vəziyyətdə öldü

Hadisə Materials 25 Oktyabr 2016 14:29 (UTC +04:00)
Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb
Bakıda 77 yaşlı qadın evində köməksiz vəziyyətdə öldü

Bakı. Samir Əli - Trend:

Bakıda mənzildə 77 yaşlı qadının meyiti tapılıb. Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1939-cu il təvəllüdlü Qasımova Firəngiz Hənifə qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:34-də başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti