...

ABŞ-da polis 2 silahlı şəxsi qətlə yetirib

Hadisə Materials 26 Oktyabr 2016 03:52 (UTC +04:00)
ABŞ-ın Merilend ştatının polis əməkdaşları 2 nəfəri güllələyib
ABŞ-da polis 2 silahlı şəxsi qətlə yetirib

Bakı. Trend:

ABŞ-ın Merilend ştatının polis əməkdaşları 2 nəfəri güllələyib.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, hadisə New Eastern Inn motelində baş verib.

Polis əməkdaşları həbsə order təqdim etmək üçün motelə gəliblər. Zabitlər qapılardan birini döyərək hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu bildiriblər.

Məlumata görə, otaqdan silahlı şəxs çıxaraq, silahı polislərə tutub. Silahlı şəxsə atəş açılıb. Bu zaman otaqdan silahlı qadın çıxıb və polislər onu da güllələməli olublar. Polislərdən xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti