...

Maşın yol kənarında hərəkət edən 2 piyadanı vurub

Hadisə Materials 26 Oktyabr 2016 23:24 (UTC +04:00)
Şəkidə idarəetməni itirən maşın 2 piyadanı vurub
Maşın yol kənarında hərəkət edən 2 piyadanı vurub

Şəkidə idarəetməni itirən maşın 2 piyadanı vurub.

ARB Şəki-dən Trend-ə verilən məlumata görə, Şəhərin Sabit Rəhman küçəsində "VAZ 2106" markalı avtomobil idarəetməni itirərək yol kənarında hərəkət edən Şəki şəhər sakinləri 1970-ci il təvəllüdlü Məhərrəmova Nəzakət Məhərrəm qızı və 1998-ci il təvəllüdlü Məhərrəmova Günay Telman qızını vurub.

Hər iki zərərçəkən dərhal Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, xəstələrin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti