Bakı. Trend:
BMT-nin uşaq fondu (UNİCEF) Suriyanın İdlib şəhərində məktəbə endirilən hava zərbəsindən sonra 22 uşağın və 6 müəllimin öldüyünü bildirib.
Trend-in "RİA Novosti"-yə istinadən verdiyi məlumata görə, Suriyada silahlı qarşıdurma 2011-ci ilin mart ayından davam edir. BMT-nin məlumatına görə, bu qarşıdurmada 220 mindən çox insan ölüb.