...

Gömrükçülər psixotrop maddə aşkar ediblər

Hadisə Materials 27 Oktyabr 2016 10:12 (UTC +04:00)
Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Gömrükçülər psixotrop maddə aşkar ediblər

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, İdarənin “Qoşa Təpə” gömrük postunda aparılan yoxlama zamanı sözügedən vətəndaşın şalvarının cibindən bir ədəd bükümdə, xalis çəkisi 0,06 qram olan metamfetamin aşkar edilib.

Xatırladaq ki, metamfetamin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti