...

"London taksi"sinin qəzası - qadın həyatından oldu

Hadisə Materials 27 Oktyabr 2016 12:41 (UTC +04:00)
Bakıda "London taksi"si piyadanı vurub öldürdü.
"London taksi"sinin qəzası - qadın həyatından oldu

Bakı. Trend:

Bakıda "London taksi"si piyadanı vurub öldürdü.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, oktyabrın 26-da saat 11 radələrində Yasamal rayonu ərazisində Bakı şəhər sakini Əkbər Əkbərov idarə etdiyi “London Taxi” markalı avtomobillə yolu keçən paytaxt sakini Rüxsarə Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Yasamal RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti