...

Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın (YENİLƏNİB 2) (FOTO)

Hadisə Materials 27 Oktyabr 2016 16:45 (UTC +04:00)
Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi baş verib.
Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın (YENİLƏNİB 2)  (FOTO)

İlk xəbər saat 14:44-də yayımlanıb

Bakı. Samir Əli - Trend:

Respublika Müalicə Diaqnostika Mərkəzinin mətbuat xidmətinin rəhbəri Səidə Hənifəliyevanın Trend-ə verdiyi məlumata görə, artıq problem aradan qaldırılıb. Hadisə stasionar şöbədə baş vermədiyindən xəstələr və əməkdaşlar arasında xəsarət alan olmayıb.

X X X

Respublika Müalicə Diaqnostika Mərkəzində yanğın hadisəsi baş verib. Bu barədə Trend-ə Mərkəzdən məlumat verilib.

Məlumata görə, yanğın mərkəzin birinci mərtəbəsində yerləşən inzibati bölmədə - sığorta şöbəsinin tavanında baş verib. Yanğının tavanda kabellərdə qısaqapanma yaranması nəticəsində baş verməsi ehtimal edilir.

Yanğının mərkəzin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən qarşısı alınsa da, hazırda binada tüstülənmə olduğu bildirilir.

Yanğının səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti