...

MN: Hərbi qulluqçumuz həlak olub

Hadisə Materials 27 Oktyabr 2016 23:16 (UTC +04:00)
Oktyabrın 27-də saat 16.00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub
MN: Hərbi qulluqçumuz həlak olub

Bakı. Trend:

Oktyabrın 27-də saat 16.00 radələrində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində hərbi qulluqçumuz Miriyev Telman Mirbaba oğlu həlak olub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumatda bildirillir.

Hadisə ilə bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb və faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti