...

Bakıda yanğın olub

Hadisə Materials 28 Oktyabr 2016 00:51 (UTC +04:00)
Bakıda yanğın olub
Bakıda yanğın olub

Bakı. Trend:

Bakıda yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik şitində 1 ədəd elektrik açarı yanıb.

Yanğın zamanı 1 nəfər bina sakini tüstüdən yüngül zəhərlənmiş və Təcili Tibbi Yardım Xidməti tərəfindən ona yerində ilkin tibbi yardım göstərilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 19:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti