Bakı. Trend:
Yəmənin Aden şəhərində partlayış baş verib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ən azı 3 nəfər yaralanıb.
Hadisəyə səbəb partlayıcı qurğu ilə yüklənmiş avtomobilin Mərkəzi bankın binası qarşısında partlaması olub. Hadisənin təfərrüatları hazırda məlum deyil.