...

Kərə yağı və şirniyyat qutularının içərisində siqaret keçirmək istədi (FOTO)

Hadisə Materials 29 Oktyabr 2016 14:52 (UTC +04:00)
Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Kərə yağı və şirniyyat qutularının içərisində siqaret keçirmək istədi (FOTO)

Bakı. Trend:

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycanvətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Trend Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti