...

Sumqayıtda 85 yaşlı qadın evində köməksiz vəziyyətdə öldü

Hadisə Materials 31 Oktyabr 2016 03:44 (UTC +04:00)
Sumqayıtda mənzildə 85 yaşlı qadının meyiti tapılıb
Sumqayıtda 85 yaşlı qadın evində köməksiz vəziyyətdə öldü

Bakı. Trend:

Sumqayıtda mənzildə 85 yaşlı qadının meyiti tapılıb.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açmış və 1931-ci il təvəllüdlü Ədiqə Qurban qızı Həsənovanın cəsədini aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 00:40-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti