...

Sumqayıtda 3 qardaşı bıçaqlayan 4 nəfər yaxalandı

Hadisə Materials 31 Oktyabr 2016 12:23 (UTC +04:00)
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Nəbi Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşları Miri və İmranı döyməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Səfərov, Ehtiram Əliyev, Pərviz Quliyev və Bakı şəhər sakini Fərid Əsgərov tutulmuşlar.
Sumqayıtda 3 qardaşı bıçaqlayan 4 nəfər yaxalandı

Bakı. Samir Əli - Trend:

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 24-də Nəbi Qarayevə bıçaqla xəsarət yetirməkdə, qardaşları Miri və İmranı döyməkdə şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Röyal Səfərov, Ehtiram Əliyev, Pərviz Quliyev və Bakı şəhər sakini Fərid Əsgərov tutulublar.

Aparılmış əməliyyat tədbirləri ilə onların iyulun 25-də Sumqayıt şəhər sakini Ziyafət Novruzova bıçaqla az ağır zərər yetirmələri, 2013-cü il noyabrın 4-də Əflatun Seyidova qarşı xuliqanlıq etmələri, ötən il dekabrın 12-də Babək Allahverdiyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmaları, habelə yanvarın 22-də Röyal Səfərovun münaqişə zəminində Fərid Əsgərova bıçaqla xəsarət yetirməsi də müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti