...

Bərdədə zəhərlənən 5 yaşlı uşaq süni nəfəs aparatına qoşuldu

Hadisə Materials 3 Noyabr 2016 16:21 (UTC +04:00)
5 yaşlı Cahid Məmmədovun vəziyyəti ağırlaşıb.
Bərdədə zəhərlənən 5 yaşlı uşaq süni nəfəs aparatına qoşuldu

Bakı. Samir Əli - Trend:

Bərdənin Xanərəb kəndində pomidor turşusundan zəhərlənmə nəticəsində Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Məmmədovlar ailəsinin sonbeşiyi - 5 yaşlı Cahid Məmmədovun vəziyyəti ağırlaşıb.

Bu barədə Trend-ə Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva məlumat verib.

R.Mustafayeva uşağın vəziyyətinin ağır olduğunu deyib: "Artıq süni nəfəs aparatına qoşulub. Uşaqda udqunma və digər reaksiya yoxdur. Hazırda uşağın vəziyyətinin sabitləşməsi üçün lazımi tədbirlər görülür".

Baş həkim bildirib ki, hadisə nəticəsində zəhərlənərək xəstəxanaya gətirilən 45 yaşlı Könül Məmmədova və 22 yaşlı Pərviz Məmmədovun səhhəti normallaşıb və müalicələri davam etdirilir.

Qeyd edək ki, C.Məmmədovun vəziyyəti ağır olduğu üçün Səhiyyə Nazirliyinin göstərişi ilə dünən Mərkəzi Klinik Xəstəxanadan iki həkim - anestezioloq və reanimatoloq Bərdəyə ezam olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti