...

Şəki sakinindən qeydiyyatdan keçməyən dini ədəbiyyat müsadirə olunub

Hadisə Materials 5 Noyabr 2016 15:44 (UTC +04:00)
Şəki rayon sakini Y.Əliyevin evindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən dini ədəbiyyat və disklər götürülüb.
Şəki sakinindən qeydiyyatdan keçməyən dini ədəbiyyat müsadirə olunub

Bakı. Trend:

Şəki rayon sakini Y.Əliyevin evindən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən dini ədəbiyyat və disklər götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şəki ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 3-də Turan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Əliyevin evinə baxış zamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməyən 28 ədəd dini ədəbiyyat və 2 ədəd disk aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti