...

Rusiyadan Azərbaycana tapança ilə gəldi (FOTO)

Hadisə Materials 8 Noyabr 2016 13:39 (UTC +04:00)
Gömrükdə pnevmatik tapança aşkar edilib.
Rusiyadan Azərbaycana tapança ilə gəldi (FOTO)

Bakı. Trend:

Gömrükdə pnevmatik tapança aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan vətəndaşının əl yükünə “Heimann X-Ray” texniki nəzarət vasitəsi ilə baxış keçirilib.

Yoxlama zamanı əl yükündə olan elektrik sobasının içərisindən hissələrə ayrılmış şəkildə 1 ədəd pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti