...

Sumqayıtda kafedə yanğın - insanlar təxliyyə olundu

Hadisə Materials 8 Noyabr 2016 14:56 (UTC +04:00)
Sumqayıtda gündüz saatlarında kafedə yanğın baş verib.
Sumqayıtda kafedə yanğın - insanlar təxliyyə olundu

Bakı. Trend:

Sumqayıtda gündüz saatlarında kafedə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları və mətbəx əşyaları 8 m2 sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 12 nəfər bina sakini təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 12:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti