...

Restoranda adam bıçaqlayan şəxsə hökm oxundu

Hadisə Materials 10 Noyabr 2016 16:01 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramil Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Restoranda adam bıçaqlayan şəxsə hökm oxundu

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramil Baxşıyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Baxşıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Baxşıyev restoranda tanışı ilə mübahisə edib və nəticədə onun bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

R.Baxşıyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti