...

Konfet qutusunda, mədədə narkotik gizlədirlər (FOTO)

Hadisə Materials 10 Noyabr 2016 16:14 (UTC +04:00)
Narkotik vasitələri konfet qutusunda və mədəsində gizlədərək ölkə ərazisinə keçirmək istədi.
Konfet qutusunda, mədədə narkotik gizlədirlər (FOTO)

Bakı. Trend:

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın paltosunun cibindəki konfet qutusunda, konfetlərin arasında, gömrük nəzarətindən gizlədilmiş 38 ədəd həb şəklində olan “Metadone” adlı dərman preparatı aşkar edilib.

Bundan başqa, həmin şəxsin mədəsində 3 ədəd bükümdə, xalis çəkisi 5,36 qram olan narkotik vasitə - heroin aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 38 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 1,52 qram təşkil edir.

Bundan başqa, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı vətəndaşın daxili orqanlarında (mədə və düz bağırsağında) 57 ədəd bükümdə, xalis çəkisi 131,10 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti