...

Gəncədə mağazanı yarmaq istədi, həyəcan siqanlı çaldı

Hadisə Materials 12 Noyabr 2016 12:34 (UTC +04:00)
Gəncədə mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gəncədə mağazanı yarmaq istədi, həyəcan siqanlı çaldı

Bakı. Trend:

Gəncədə mağazadan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən şəxs saxlanılıb. Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 10-da saat 22 radələrində Gəncə şəhərindəki mağazalardan birindən Gəncə Rayonlararası Mühafizə İdarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş RMİ-nin əməkdaşları tərəfindən oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Tərtər rayon sakini Elcan İmamverdiyev saxlanılaraq Kəpəz RPİ-yə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti