...

Göyçayda 26 yaşlı qızı qardaşı öldürdü - SƏBƏB?

Hadisə Materials 14 Noyabr 2016 11:05 (UTC +04:00)
Göyçayda qətl hadisəsi baş verib.
Göyçayda 26 yaşlı qızı qardaşı öldürdü - SƏBƏB?

Bakı. Samir Əli - Trend:

Göyçayda qətl hadisəsi baş verib. Bu barədə Trend-ə Göyçay rayon Prokurorluğundan məlumat verilib.

Hadisə noyabrın 13-də rayonun Alpout kəndində baş verib. Həmin kənddə müvəqqəti məskunlaşan 1990-cı il təvəllüdlü Kərimova Zeynəb İlqar qızı qardaşı, 1995-ci il təvəllüdlü, Sumqayıt şəhəri, Corat qəsəbəsi sakini Kərimov Araz İlqar oğlu tərəfindən bıçaqla qətlə yetirilib. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qətli törədən şəxs saxlanılıb.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti