...

İsmayıllıda iki maşın toqquşdu - ölən var

Hadisə Materials 15 Noyabr 2016 18:04 (UTC +04:00)
Bu gün İsmayıllıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İsmayıllıda iki maşın toqquşdu - ölən var

Bakı. Trend:

Bu gün İsmayıllıda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Əyyubbəyli kəndində “Mercedes” və “Niva” markalı iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, “Niva” markalı avtomobildən 1967-ci il təvəllüdlü Məmmədov Əhməd Heybət oğlunun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 15:25-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti