...

Oğurladığı çantadan təqribən 2500 manat çıxdı

Hadisə Materials 18 Noyabr 2016 13:16 (UTC +04:00)
Çanta oğrusu tutulub.
Oğurladığı çantadan təqribən 2500 manat çıxdı

Bakı. Trend:

Çanta oğrusu tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Qazax rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 16-da rayon sakini Xəyyam Şükürova məxsus içərisində 200 manat, 800 ABŞ dolları və 35.000 rus rublu, habelə sənəd olan çantanı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Ramiz Orucov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti