...

Lənkəranda ruhi xəstə intihar edib

Hadisə Materials 21 Noyabr 2016 09:51 (UTC +04:00)
Lənkəranda intihar hadisəsi baş verib.
Lənkəranda ruhi xəstə intihar edib

Bakı. Samir Əli - Trend:

Lənkəranda intihar hadisəsi baş verib. Bu barədə Trend-ə Lənkəran rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Sütəmirdov kəndində baş verib. Kənd sakini, 1970-ci il təvəllüdlü Əliyev İqbal Ağəli oğlu özünü yaşadığı evin mətbəxindən asaraq intihar edib. İlkin araşdırmalar zamanı İ.Əliyevin ruhi xəstə olduğu müəyyən edilib.

Faktla bağlı Lənkəran şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti