...

Bakıda evdə partlayış olub

Hadisə Materials 21 Noyabr 2016 11:55 (UTC +04:00)
Bakıda mənzildə partlayış baş verib.
Bakıda evdə partlayış olub

Bakı. Trend:

Bakıda mənzildə partlayış baş verib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 20-də saat 09 radələrində Yasamal rayonu ərazisində yaşayan Adil Kazımovun evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə mənzilin pəncərələrinin şüşələri sınıb. Əl nahiyəsindən yanıq xəsarəti almış A.Kazımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra o, evə buraxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti