...

Sərhəddə narkotik qaçaqmalçıları tutuldu (FOTO)

Hadisə Materials 22 Noyabr 2016 10:27 (UTC +04:00)
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən Məmmədov Nurlan Sakit oğlu, Sultanov Kəyyam Abduləhəd oğlu, Bakı şəhər sakini Xəlilov Natiq Məmmədismayıl oğlu şübhəli şəxs qismində saxlanılıblar.
Sərhəddə narkotik qaçaqmalçıları tutuldu (FOTO)

Bakı. Trend:

Sərhədçilər narkotik qaçaqmalçılarını tutublar.

Dövlət Sərhəd Xidmətindən (DSX) Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən noyabrın 19-u saat 17:30 radələrində qabaqlayıcı əməliyyat məlu­ma­­tına əsasən həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Əsədli kənd ərazisindəki sərhəd zastava­sının xidməti sahəsində "AZ 10 TM 081" dövlət qeydiyyat nömrəli avtomobildə Göyçay rayon sakinləri Məmmədov Nurlan Sakit oğlu, Sultanov Kəyyam Abduləhəd oğlu, Bakı şəhər sakini Xəlilov Natiq Məmmədismayıl oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Avtomobilə baxış zamanı mühərrik hissəsində gizlədilmiş şəkildə bağlamaya bükülü vəziyyətdə narkotik maddə olan 200 qram tiryək və 20 qram heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti