...

Gömrükdə 5 mindən çox aksiz markasız siqaret müsadirə edildi (FOTO)

Hadisə Materials 23 Noyabr 2016 10:27 (UTC +04:00)
“Sınıq Körpü” gömrük postunda gömrükçülər 5520 ədəd siqaret müsadirə ediblər.
Gömrükdə 5 mindən çox aksiz markasız siqaret müsadirə edildi (FOTO)

Bakı. Trend:

“Sınıq Körpü” gömrük postunda gömrükçülər 5520 ədəd siqaret müsadirə ediblər.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında idarənin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan “NAZ Lifan” markalı minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin yük yerindən və salonundan gömrük nəzarətinə bəyan edilməyən, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 5520 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti