...

Yeni il gəlir, pirotexniki vasitələrin "axın"ı artır (FOTO)

Hadisə Materials 23 Noyabr 2016 10:39 (UTC +04:00)
Gömrükdə avtomobilin gizli saxlanc yerlərində pirotexniki vasitələr aşkar edilib.
Yeni il gəlir, pirotexniki vasitələrin "axın"ı artır (FOTO)

Bakı. Trend:

Gömrükdə avtomobilin gizli saxlanc yerlərində pirotexniki vasitələr aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük posrtunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan minik avtomobilinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin gizli saxlanc yerlərində 1020 ədəd pirotexniki vasitə aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti