...

Sumqayıtda yaşayış binasında yanğın - 1 nəfər yanaraq ölüb

Hadisə Materials 24 Noyabr 2016 10:32 (UTC +04:00)
Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Sumqayıtda yaşayış binasında yanğın - 1 nəfər yanaraq ölüb

Bakı. Trend:

Sumqayıt şəhərində dördmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

Trend-ə Fövqəladə Hallar Nazirliyindən verilən məlumata gröə, hadisə yaşayış binasının zirzəmisində baş verib.

Hadisə nəticəsində zirzəmidə 5 m² sahədə məişət tullantıları yanıb. Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan 1 nəfər kişi cəsədi aşkar olunub. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib. Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 04:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti