...

Masallı bazarında yanğın olub

Hadisə Materials 24 Noyabr 2016 10:40 (UTC +04:00)
Masallı şəhərində kolxoz bazarının ərazisində yanğın baş verib.
Masallı bazarında yanğın olub

Bakı. Trend:

Masallı şəhərində kolxoz bazarının ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərin kolxoz bazarının ərazisində ümumi sahəsi 1500 m² olan, vətəndaşlara məxsus hər birinin sahəsi 12 m² olan məişət avadanlıqlarının təmiri sexi və içərisində olan mallar, ərzaq mağazasının yanar konstruksiyaları və ərzaq malları, yem mağazasının dam örtüyünün yanar konstruksiyaları yanıb.

Bitişik mağazalar yanğından mühafizə olunub. Yanğın saat 06:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti