...

Gömrükçülər 62 kq şabalıdı ehtiyat təkərin içərisində tapdılar (FOTO)

Hadisə Materials 24 Noyabr 2016 11:39 (UTC +04:00)
62 kq şabalıdı avtomobilin gizli saxlanc yerlərində və ehtiyat təkərinin içərisində gizlədən şəxs gömrükdə saxlanılıb.
Gömrükçülər 62 kq şabalıdı ehtiyat təkərin içərisində tapdılar (FOTO)

Bakı. Trend:

62 kq şabalıdı avtomobilin gizli saxlanc yerlərində və ehtiyat təkərinin içərisində gizlədən şəxs gömrükdə saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarət zonasında Gürcüsatandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin gizli saxlanc yerlərindən və yük yerindəki ehtiyat təkərin içərisindən gömrük nəzarətindən gizlədilən 62 kq şabalıd aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti