Bakı. Trend:
“Sınıq Körpü” gömrük postunda gömrükçülər 31 680 ədəd pirotexniki vasitələr və 1820 ədəd siqaret müsadirə ediblər.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildəki gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 31 680 ədəd pirotexniki vasitələr və 1820 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.