...

Bakıda 2 otaqlı mənzildə yanğınla nəticələnən partlayış

Hadisə Materials 25 Noyabr 2016 00:26 (UTC +04:00)
Bakıda yanğınla nəticələnən partlayış hadisəsi qeydə alınıb
Bakıda 2 otaqlı mənzildə yanğınla nəticələnən partlayış

Bakı. Trend:

Bakıda yanğınla nəticələnən partlayış hadisəsi qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzildə məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayış hadisəsi baş verib.

Yanğın nəticəsində 1 otağın, mətbəxin və eyvanın yanar konstruksiyaları 23 m2 sahədə yanıb. Partlayış nəticəsində hamam otağının arakəsmə divarı, mənzilin pəncərə çərçivələri və 3-cü mərtəbədə digər vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan 2 otaqlı mənzilin 1 otağının, mətbəxinin və eyvanının pəncərə çərçivələri dağılıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 22:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti