...

Paytaxtda keçmiş məhkum qətlə yetirilib

Hadisə Materials 26 Noyabr 2016 12:05 (UTC +04:00)
Paytaxtda keçmiş məhkum qətlə yetirilib.
Paytaxtda keçmiş məhkum qətlə yetirilib

Bakı. Trend:

Paytaxtda keçmiş məhkum qətlə yetirilib. Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, noyabrın 25-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yuri Batanovun üzərində zorakılıq əlamətləri (baş nahiyəsində döyülməyə xarakterik) olan meyiti tapılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Natiq Abbasov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti