...

Samuxda 4 otaqlı ev yanıb - 1 yaralı

Hadisə Materials 26 Noyabr 2016 17:46 (UTC +04:00)
Samux rayonunda 4 otaqlı ev yanıb.
Samuxda 4 otaqlı ev yanıb - 1 yaralı

Bakı. Trend:

Samux rayonunda 4 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Samux rayonu, Sərkar kəndində vətəndaşa məxsus ümumi sahəsi 140 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evə bitşik talvar yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti