...

Lənkəranda yanğın olub

Hadisə Materials 28 Noyabr 2016 01:13 (UTC +04:00)
​Lənkəranda yanğın hadisəsi baş verib
Lənkəranda yanğın olub

Bakı. Trend:

Lənkəranda yanğın hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, rayonun Girdəni kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan tövlənin dam örtüyünü yanar konstruksiyaları, içərisinə yığılmış 20 ton ot bağlaması və yaxınlıqdakı ümumi sahəsi 120 m2 olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 1 m2 sahədə yanıb.

Yanğın zamanı tövlədə olan 5 baş iri buynuzlu heyvan və sayı məlum olmayan ev quşları tüstüdən boğularaq tələf olub. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 00:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti