...

Bakıda 23 yaşlı gənc qətlə yetirilib

Hadisə Materials 28 Noyabr 2016 09:50 (UTC +04:00)
Bakıda qətl hadisəsi baş verib.
Bakıda 23 yaşlı gənc qətlə yetirilib

Bakı. Samir Əli - Trend:

Bakıda qətl hadisəsi baş verib. Bu barədə Trend-ə Sabunçu rayon Prokurorluğundan məlumat verilib.

Hadisə rayonun Albalılıq qəsəbəsində baş verib. Qəsəbə sakini, 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlu ilə şəxsi münaqişə zəminində dalaşıb. V.Əlizadə bıçaqla K.Quliyevi 3 bıçaq zərbəsi ilə qətlə yetirib.

Sabunçu rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində, hadisəni törədən V.Əlizadə saxlanılıb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti