...

Xaçmazda qətl törədən şəxsin məhkəməsi başladı

Hadisə Materials 29 Noyabr 2016 15:10 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tehran Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Xaçmazda qətl törədən şəxsin məhkəməsi başladı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Tehran Quliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası dekabrın 29-a təyin edilib.

İttihama görə, bu il avqustun 4-də Xaçmaz rayonunun Gödəkli kəndində şəhər sakini, 1972-ci il təvəllüdlü Cəfər Hacıyevin üzərində döyülmə xarakterli zorakılıq əlamətləri olan meyiti tapılıb. Hadisədən 5 gün sonra Baş Cinayət Axtarışı İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini T.Quliyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti