...

Metroda qatarda nasazlıq yaranıb - sərnişinlər boşaldılıb

Hadisə Materials 30 Noyabr 2016 14:05 (UTC +04:00)
"Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında hərəkət edən qatarda nasazlıq yaranıb.
Metroda qatarda nasazlıq yaranıb - sərnişinlər boşaldılıb

Bakı. Samir Əli - Trend:

"Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasında hərəkət edən qatarda nasazlıq yaranıb. Bu barədə Trend-ə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, qatar hərəkətdə olarkən problem yaranıb:

"30 saylı qatarda nasazlıq baş verib. Sərnişinlər "Nəsimi" stansiyasında qatardan boşaldılıb və qatar texniki baxış üçün depoya göndərilib. Narahatlıq üçün əsas yoxdur".

Metroda intihara cəhd edən şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)

Metroda intihara cəhd edən şəxsin kimliyi məlum oldu (YENİLƏNİB)

N.Paşayev bildirib ki, stansiyaya yeni qatar göndərilənə qədər intervalda gecikmə yaranıb. Hazırda qatarların hərəkətində interval bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti