...

2 ay əvvəl qonşusunu bıçaqlayan şəxs tutuldu

Hadisə Materials 1 Dekabr 2016 12:02 (UTC +04:00)
Ağstafada 2 ay əvvəl qonşusunu bıçaqlayan şəxs saxlanılıb.
2 ay əvvəl qonşusunu bıçaqlayan şəxs tutuldu

Bakı. Trend:

Ağstafada 2 ay əvvəl qonşusunu bıçaqlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 6-da Ağstafa rayonunun Tatlı kəndində yaşayan Elşən Məmmədov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. O, izahatında xəsarəti ağacdan yıxılması nəticəsində aldığını bildirib.

Ağstafa rayon Polis şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı həmin gün E.Məmmədovla qonşusu Tofiq Ərzanov arasında münaqişə baş verməsi və sonuncunun ona bıçaqla xəsrət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş tədirlərlə T.Ərzanov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti