...

Yeni il gəlir, "partladan"lar artır (FOTO)

Hadisə Materials 1 Dekabr 2016 14:17 (UTC +04:00)
750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub.
Yeni il gəlir, "partladan"lar artır (FOTO)

Bakı. Trend:

Gömrükdə 750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, ondan gömrük orqanına bəyan edilməyən 750 ədəd petarda tipli pirotexnika məmulatı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti