...

DİN atanın qızını öldürməsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 2 Dekabr 2016 11:49 (UTC +04:00)
Daxili İşlər Nazirliyi Salyan rayonundakı qətl hadisəsi barədə məlumat yayıb.
DİN atanın qızını öldürməsi ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi Salyan rayonundakı qətl hadisəsi barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrın 1-də Salyan rayonunun Xurşud kəndində yaşayan Rauf Əsədov evində münaqişə zəminində qızı Fərqanəyə bıçaqla xəsarət yetirib və nəticədə Fərqanə hadisə yerində ölüb.

Salyan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əsədov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti