...

ABŞ-da meşə yanğınları: 13 ölü

Hadisə Materials 2 Dekabr 2016 23:26 (UTC +04:00)
ABŞ-ın Tennesi ştatında güclü meşə yanğınları davam edir
ABŞ-da meşə yanğınları: 13 ölü

Bakı. Trend:

ABŞ-ın Tennesi ştatında güclü meşə yanğınları davam edir.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, meşə yanğınları nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Tennessi valisi Bill Xeslem genişmiqyaslı yanğın hadisəsi ilə əlaqədar ştatda fövqəladə vəziyyət rejimi elan edib. Xeslem bəyan edib ki, indiki təbii yanğınlar ştatın ərazisində son 100 ildə olan ən böyük yanğındır.

Yanğınlar olan bölgələrdən 14 min insan daha təhlükəsiz yerlərə evakuasiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti