...

Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı

Hadisə Materials 3 Dekabr 2016 11:36 (UTC +04:00)
Bakının Nardaran qəsəbə sakininin həyətində gizlətdiyi odlu silah aşkarlanıb.
Polis Nardaran sakininin gizlətdiyi odlu silahı aşkarladı

Bakı. Trend:

Bakının Nardaran qəsəbə sakininin həyətində gizlətdiyi odlu silah aşkarlanıb.

Trend-ə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Abbasqulu Ağayevin həyətindəki su quyusunda gizlətdiyi, sənədləri olmayan, lüləsi və qundağı kəsilmiş "İJ-16" markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti