Bakı. Trend:
Bakıda yük maşınının törətdiyi qəzada 6 yaşlı uşaq həyatını itirib.
Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 5-də saat 13 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində qəsəbə sakini Əsgər Abbasov idarə etdiyi "İsuzu" markalı avtomobillə yolu keçən həmyerlisi, 6 yaşlı Nəzir Xuduyevi vurmuş və nəticədə uşaq hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.